ELAZ.İNFO xəbər verir ki, ekspertlər ABŞ-ın Venesuelaya müdaxiləsinin və Prezident Nikolas Maduronun oğurlanmasının beynəlxalq hüququ aşdığı ilə razılaşırlar. Trampın Venesuelaya müdaxiləsi Panamanın işğalı ilə müqayisə edilir.
Lakin Notre Dame Universitetinin hüquq professoru Meri Ellen O’Konnell müdaxiləni Panama ilə deyil, İraqa müdaxilə ilə müqayisə etdi.
O’Konnell bildirib ki, “ABŞ 2003-cü ildə İraqa edilən işğal kimi keçmiş işğallardan yaxşı nəticələr əldə etməyib. İraqa edilən işğal ABŞ-a, dünyaya baha başa gəldi. Taliban rejiminin süqutundan sonra onilliklər ərzində Əfqanıstanda qalmaq qanunsuz idi. Bu, ABŞ-a baha başa gəldi. Vyetnama qayıda bilərik. Mərkəzi Amerikadakı çirkli müharibələrdən danışa bilərik. Bu müharibələr bölgəni çox qeyri-sabitləşdirib və Çaves və Maduro kimi insanların ortaya çıxmasına səbəb olub”.
Günel GÜNTAC