ELAZ.İNFO xəbər verir ki, Maduro, ölkəsinə qarşı təhdidlər qarşısında Rusiyanın onları dəstəklədiyini bildirdi və Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə müraciət edən Maduro, BMT-nin Karib dənizi və Sakit okeanda ABŞ-ın hərbi əməliyyatları qarşısında səssiz qalmamalı olduğunu vurğulayıb.
Bu arada, Maduro Qəzzada atəşkəsin İsrail Baş naziri Binyamin Netanyahu tərəfindən açıq şəkildə təzyiqə görə İsrail liderini qınadı.
O, Venesuela Sülh, Ədliyyə və Daxili İşlər Naziri Diosdado Kabello, Venesuela Birləşmiş Sosialist Partiyasının (PSUV) qərargahında keçirilən mətbuat konfransında ABŞ hərbi gəmisinin yerləşdiyi Trinidad və Tobaqo hökumətini hədəf aldı.
Kabello, Baş nazir Kamla Persad-Bissessarın iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyini iddia ediB və ABŞ-ın Venesuelaya öz ərazisindən istifadə edərək, hücum edəcəyi təqdirdə, cavab vermək hüququnu özündə saxlayacağını söyləyib.
Onu da qeyd edək ki, Venesuela Parlamenti oktyabrın 29-da ABŞ hərbi gəmisinin Karib dənizində yerləşdirilməsinin ardından Trinidad və Tobaqonun Baş naziri Kamla Persad-Bissessarın ölkədə “persona non qrata” elan edilməsinə səs verib.
Günel GÜNTAC
