Macarıstanın “Ukrayna qətnaməsi” və “Dostluq” kəməri ətrafında gərginlik

ELAZ.İNFO xəbər verir ki, Avropa İttifaqı daxilində enerji təhlükəsizliyi və Ukraynaya yardım məsələsində parçalanma dərinləşir. Budapeşt rəsmi Brüsseli Rusiya neft və qazına qoyulan qadağanı dərhal ləğv etməyə çağırıb.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib ki, Yaxın Şərqdəki müharibə fonunda enerji resurslarının kəskin bahalaşması Avropa iqtisadiyyatını məhv edə bilər. Bu səbəbdən Baş nazir Viktor Orban Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə məktub ünvanlayaraq enerji sanksiyalarından imtina etməyi tələb edib.

Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, Rusiya Macarıstan və Slovakiya kimi “etibarlı tərəfdaşlara” neft və qaz tədarükünü davam etdirməyə hazırdır. Kreml nümayəndələri Avropanın Rusiya enerjisindən imtinasını “strateji səhv” adlandırırlar.

Macarıstan parlamenti Ukraynanın Aİ-yə qəbuluna və ona maliyyə yardımı göstərilməsinə qarşı qətnamə qəbul edib. Budapeşt hesab edir ki, sülh müqaviləsi olmadan Ukraynanın ittifaqa daxil olması Avropanı Rusiya ilə birbaşa müharibəyə sürükləyə bilər.

Lakin “Politico” nəşrinin məlumatına görə, Macarıstanın blokadasına baxmayaraq, Ukrayna Baltik və Şimali Avropa ölkələri vasitəsilə 30 milyard avroluq yardım ala biləcək.

İki ölkə arasındakı gərginliyi artıran digər amil isə Macarıstan ərazisində Ukraynanın “Oşşadbank” əməkdaşlarının saxlanılmasıdır. İnkasator maşınlarında qeyri-qanuni yolla daşınan: 40 milyon dollar; 35 milyon avro; 9 kq qızıl külçələri aşkar edilib.

Aralarında keçmiş xüsusi xidmət orqanı generalının da olduğu 7 nəfər barəsində cinayət işi açılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights