Maarifləndirici təlim öz işini yekunlaşdırdı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən üç günlük maarifləndirici təlim öz işini yekunlaşdırıb.

ELAZ.İNFO xəbər verir ki, yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri üçün keçirilən “Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları” mövzusunda təşkil olunan təlimin keçirilməsində məqsəd gender məsələləri üzrə məsul şəxslərin işinin təkmilləşdirilməsi, onlar arasında səmərəli əlaqələndirmənin təmin edilməsi, gender bərabərliyi sahəsində qanunvericilik istiqamətində müvafiq məlumatların diqqətə çatdırılmasıdır.

Təlim zamanı “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq illik hesabatların hazırlanması ilə bağlı geniş izahatlar verilib.

Bizimlə oxuyun
Verified by MonsterInsights