“Əgər ölkədəki ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs MİQ imtahanında heç olmasa minimal bal toplamırsa, sual yaranır: o diplomu verən müəssisə məsuliyyət daşıyır, ya yox?”
(E. Əmrullayev)
Bəli, məsuliyyət daşıyır, amma 50 %.
Digər 50 % məsuliyyəti isə ETN daşıyır.
Müəllim hazırlığında tələbələrin məktəb dərsliklərini öyrənməsi, təhlili və tətbiqi mühüm yer tutur. Əgər 35 ildə nazirlik məktəblər üçün normal dərslik hazırlaya bilməyibsə, tələbə nəyi öyrənsin, təhlil etsin, tətbiq etsin?
Gələcək müəllimləriin hazırlanmasında, pedaqoji təcrübənin mühüm rolu var. Tələbələrin məktəbdə pedaqoji təcrübə keçməsi prosesi son illər pisliyə doğru xeyli dəyişdirilib.
35 ildə pedaqoji təhsilə aid heç bir faydalı layihə, dövlət proqramı reallaşmayıb.
Pedaqoji ali məktəblərə heç vaxt qrant və digər inkişaf yönlü layihələr verilməyib. Pedaqoji Ali məktəblərdə təhsil elmləri üzrə tədqiqatlar heç vaxt maliyyələşməyib.
Bu sadalananlar real problemlərin cüzi hissəsidir.
Pedaqoji təhsildə bu qədər ciddi problemlərin 35 il ərzində həll edilməməsi məsuliyyətini görəsən ETN dərk edirmi?
İlham ƏHMƏDOV Təhsil eksperti