Məsud Pezeşkian: -“Atam da, anam da türkdür, türk olduğum üçün fəxr edirəm”

ELAZ.İNFO xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian milli mənsubiyyəti ilə əlaqədar olaraq yayılan fikirlərə aydınlıq gətirib. O bildirib ki, “Atam da, anam da türkdür, türk olduğum üçün fəxr edirəm”.

Məlumat üçün bildirək ki, Pezeşkian Urmiyada doğulan anası Məhbubə Sudbaxş və əczaçı olan atası Məhəmməd Əlinin yeddiuşaqlı ailəsində böyüyüb. Əvvəllər səhiyyə naziri və deputat postlarında olub.

Xatırladaq ki, Pezeşkian 2024-cü ildə keçirilən prezident seçkilərində yüksək səs çoxluğu ilə qalib gələrək İran Prezidenti fəxri kürsüsünə ucalıb. Yaxın tarix içərisində İran Prezidenti olaraq milliyyətcə türk vətəndaşının bu posta seçilməsi nadir haldır.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights