-“BRICS-də olmaq istəyən hər kəsə dedim – buyurun, amma biz ölkənizdən olan mallara gömrük tarifi tətbiq edəcəyik. Hər kəs dərhal çıxdı. Onlar hamısı BRICS-dən çıxırlar. BRICS dollara hücum idi. Mən isə onlara dedim:
-“Əgər siz bu oyunları oynamaq istəyirsinizsə, mən sizin ABŞ-a daxil olan hər şeyinizə, bütün məhsullarınıza tarif tətbiq edəcəm”.
Onlar dediyim kimi cavab verdilər: “Biz BRICS-dən çıxırıq”. Və indi BRICS haqda heç danışmırlar da. Bu fikirləri ABŞ Prezidenti ”Donald Tramp 15 oktyabrda söyləmişdi.
Məlumat üçün bildirək ki, həmin gün Goldman Sachs-ın analitik hesabatı dərc olunmuşdu. Bu yazıda qeyd olunur ki, mərkəzi bankların ehtiyatlarında dolların xüsusi çəkisi azalmaqda davam edir. Bu prosesdə Goldman Sachs-a görə BRICS ölkələri əsas rol oynayırlar.
Qeyd edək ki, onlar arasında transmilli ticarətin, investisiya qoyuluşunun, kredit verilməsinin milli valyutalarda həyata keçirilməsi dollara tələbatın azalmasına ciddi təsir göstərir.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi