Mərkəzi bankdan 2026 proqnozu

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri tərəfindən ölkənin 2026-cı il üçün makroiqtisadi mənzərəsini əks etdirən rəsmi proqnozlar açıqlanıb. Açıqlanan rəqəmlər ölkə iqtisadiyyatının qlobal çağırışlar fonunda dayanıqlığını qoruduğunu və strateji valyuta ehtiyatlarının artmaqda davam edəcəyini göstərir.

ElAZ.İNFO xəbər verir ki, Cari ilin sonuna ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) 2.4% səviyyəsində artacağı proqnozlaşdırılır. Bu artım qeyri-neft sektorunun dinamik inkişafı və dövlət investisiya layihələrinin icrası ilə dəstəklənir. Azərbaycanın xarici ticarət balansında müsbət tendensiya davam edir. Belə ki, cari əməliyyatlar hesabının ilin sonuna 3.7 milyard dollar profisitlə bağlanacağı gözlənilir. Bu, ölkəyə daxil olan valyuta axınının çıxan vəsaitlərdən əhəmiyyətli dərəcədə çox olması deməkdir. Mərkəzi Bank inflyasiya təzyiqlərinin azaldığını və göstəricilərin müəyyən edilmiş hədəf diapazonunda (4±2%) qaldığını təsdiqləyib.

AMB sədri xüsusi olaraq vurğulayıb ki, hazırda daxili valyuta bazarında təklif tələbi üstələyir. Bu faktor manatın məzənnəsinin sabitliyini təmin edən ən mühüm amillərdən biridir. İxrac gəlirlərinin artması və strateji valyuta ehtiyatlarının yüksək səviyyəsi milli valyutanın təzyiqlərə qarşı dözümlülüyünü artırır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights