Onu basmaçı hərəkatının simvollarından biri sayılır və sovet mənbələrində “silahlı quldur başçısı” kimi təqdim edilsə də, real olaraq milli-azadlıq mübarizəsinin önəmli liderlərindən biri idi.Çaqabayev sovetlərin kənd təsərrüfatı siyasətinə (məcburi kolxozlaşdırma, müsadirə, dini dəyərlərin sıxışdırılması) qarşı çıxaraq, yerli əhalini qoruyan lider rolunda çıxış edirdi.
O, yalnız öz qırğız tayfalarının deyil, həm də özbəklərin və taciklərin azadlığı uğrunda bütün fəaliyyətini qurmuş idi. Bu baxımdan onun mübarizəsi yalnız silahlı münaqişə deyil, həm də milli özünüdərkin formalaşmasına təsir göstərmişdi.
1920–1930-cu illərdə Orta Asiyada, xüsusilə Fərqanə və Sırdərya bölgələrində fəaliyyət göstərib. Onun dəstəsi sovet hərbi hissələrinə, partiya orqanlarına və kommunist idarəçiliyinə qarşı döyüşlər aparıb.
Milliyyəti qırğız olan İbrahimbek 1931-ci ildə və onun yaxın dəstəsi Əfqanıstana çəkilmişdi. O dövrdə artıq basmaçı hərəkatı zəifləyirdi, dəstələrin çoxu məhv edilmişdi. Buna baxmayaraq son nəfəsinə qədər Mərkəzi Asiyanın rus işğalından azad etməyi qarşısına məqsəd qoymuşdu və bu cürə qəhrəman şəxsiyyəti azadlığı uğrunda mübarizə apardığı xalqlar ruslara pul qarşılığı satmışdır .
İbrahimbek Əfqanıstanda olarkən, yerli nüfuz sahibləri və bəzən də onun yaxın çevrəsindən olan adamlar maddi maraq qarşısında onu NKVD-yə təhvil veriblər. Mənbələrdə adı ən çox çəkilən şəxs onun yaxın silahdaşlarından biri olmuş, sonradan sovetlərə işləməyə razılaşdırılmışdır.
1931-ci ilin sonunda o, gizli əməliyyat nəticəsində sovetlərin əlinə keçib Moskvaya aparıldı. 1932-ci ildə isə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən ölüm hökmü çıxarıldı və edam edildi.
Bu fakt bir daha sübut edir ki, xalq uğrunda mübarizə aparan hər kəsi elə xalq özü pula satacaq. El üçün ağlamağa dəyməz. O el ki, bir anda öz millətindən olanları linç etməyə hazırdır. Necə ki, 1918-20 -ci illərdə dövlət quran kişiləri ruslara satan əksər azərbaycanlılar kimi…..37 ci il repressiya illərində üzrə duranlar kimi….
Prof.Dr. Zaur Aliyev