“Mərdəkanlı Amin”in qardaşına hökm OXUNDU

ELAZ.İNFO xəbər verir ki,Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işinin məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması elan olunduqdan sonra prokuror çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərdən Pərviz Xudaverdiyevin 14 il, Seymur Xudaverdiyevin isə 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə çıxışlarından sonra hökm elan edilərək Pərviz Xudaverdiyev 12 il, Seymur Xudaverdiyev isə 9 il azadlıqdan məhrum ediliblər.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights