Bu gün İranda da Turklər silahsizdir. Yalnızdır. Təşkilatlanmamışlar. Qarşılarında isə gizli fars-kürd ittifaqı vardır.
Güney Azərbaycanda Kürdustan qurmaq istəyən kürdlər təşkilatlanmışlar, silahlı və terrorist orduları var, Suriyadakı, İraqdakı silahlı kürd hərəkatları ilə ortaq hərəkət edirlər. Onlardan bəslənirlər, İran fars hakimiyyəti də onları gizlicə himayə edir.
İranda isə 50 milyon türkün nə silahı var, nə ordusu. Nə təşkilatlanmiş bir özünümüdafiə siyasəti, nə strategiyası. Kürd bölücülüyünün arxasında ABD- İsrail var. Güney Azərbaycan isə dəstəksiz, yalnızdır. Türkiyə və Şimali Azərbaycan ABD-İsrail birliyi qarşısında Güney Azərbaycanı nə qədər qoruya biləcəklər, hələ o məlum deyil. Şimali Azərbaycanın İrəvan torpaqları uzərində qurulan Ermənistan projesi ilə Guney Azərbaycanın Sənəndəc, Soyuqbulaq torpaqları üzərində qurulan Mahabad-Kürdustan projesi də eynidir. Əgər Ermənistan Şimali Azərbaycan və Turkiyə torpaqlarına qarşı işgal siyasəti izləyirsə, Güney Azərbaycan torpaqlarına iddia edən sözdə Kürdüstan da Güney Azərbaycanın qərb torpaqlarına, Urmiyaya dogru yayılmaq siyasətini aparır. Məqsəd sözdə İran-Azərbaycan Kürdustanını sözdə Türkiyə Kürdüstanı ilə birləşdirməkdir. Ermənistanın da məqsədi Qafqaz Ermənistanını (şərqi Ermənistan) sözdə Türkiyə Ermənistanına (qərbi Ermənistan) birləşdirməkdir.
Həm Urmiyadakı mitinqdə Kürdüstan projesinə qarşi qaldırılmış taxta dəyənəklər İsrailə tuşlanmamışmı? Bunlar paradoksal deyilmi? Proje eynidir, məqsəd eynidir. Türk coğrafiyalarını parçalamaq.
Ardı var….
Yasəmən QARAQOYUNLU