Mənim işim itlərlə deyil, onu mənə tərəf qışqırdanlardadır

Dünən yolumla sakitcə gedirdim, bir it qəfil üstünə cumdu, ağız atdı, amma dişi batmadı. Baxdım ki, küçə iti olsa da, bəslənmiş itdir, boynunda xaltası var. Dərhal anladım ki, xaltası kiminsə əlindədir və o kimsə bu iti mənə tərəf qışqırdıb. Fikir vermədim, yoluma davam etdim.

Ətrafdan soruşdular:

0″Heç nə etməyəcəksən?”

Dedim:

-“Yox. İtin peşəsi hürmək, adama cummaqdır. Mənim işim itlərlə deyil, onu mənə tərəf qışqırdanlardadır.”

Dostoyevskinin sözünü xatırladım:

“Əgər sən hədəfə doğru gedirsənsə və bu yolda sənə hər hürən itə daş atmaq üçün dayanacaqsansa, onda heç vaxt hədəfə çatmayacaqsan.”

Əli İbrahimov

Bizimlə oxuyun
Verified by MonsterInsights