Öz torpağımızdan özümüzü didərgin salıb, ellərimizə, qədim yurd yerlərimizə sahibləndilər- Zamanı gəldi…
Havadarlarının maddi-mənəvi dəstəyi ilə 1786-cı ildən bu yana “Böyük Ermənistan” qurmaq ideyası üzərində çalışan erməni ideoloqlarının sayəsində XX əsrdə tarixi Azərbaycan ərazilərində Ermənistan adlı dövlət quruldu. İrandan, Türkiyədən, Suriyadan, Livandan və daha haralardan erməniləri kütləvi şəkildə gətirərək, burada məskunlaşdırdılar. Öz tarixi dədə-baba torpaqlarında yaşayan azərbaycanlılarla nisbətdə say çoxluğunu artırmaq üçün erməni fitnəkarları yeni üsullara əl atdılar. Say çoxluğuna nail olmaq məqsədilə azərbaycanlılara qarşı açıq-aşkar qırğınlar törətdilər. Yerli azərbaycanlılar hücumlara məruz qalır, xüsusi amansızlıqla qətlə yetirilir, mal-mülkləri ələ keçirilərək soyulur, yandırılır, kəndlər, obalar viran qoyulurdu. Düşünülmüş, planlı şəkildə 1905-ci ildən etibarən mərhələli olaraq reallaşdırılan bu amansızlıqların sonuncusu 1988-ci ildə baş verdi. Sonuncu mərhələdə isə burada bir nəfər olsun belə, azərbaycanlı qalmadı. 350 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından silah-süngü gücünə zorla qovuldu, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb.
Mənfur erməni xisləti haqdan-ədalətdən uzaqdır. Təzada baxın; quldur ermənilər ermənistanda –öz dədə-baba torpaqlarında –qədim Ərməniyyədə yaşayan 350 min azərbaycanlını (son köçü nəzərdə tuturam-İ.B.) evindən-eşiyindən didərgin salır, qanına qəltan edir, malını-mülkünü mənimsəyir- amma Dağlıq Qarabağda məskunlaşdırılan o zamanın rəqəmləri ilə təxminən 120 min erməniyə müstəqil dövlət istəyirdi, üstəlik də Dağlıq Qarabağı özünə birləşdirmək istəyirdi. İblis sifətli mənfur qonşumuz bununla da kifayətlənmirdi- Dağlıq Qarabağa birləşik ərazilərin –Ağdamın, Füzulinin, Cəbrayılın, Laçının, Qubadlının, Zəngilanın, Şuşanın Kəlbəcərin, Qazağın, Akstafanın, Naxçıvanın və başqa yurd yerlərimizin də dinc sakinlərini təcavüzə məruz qoydular, ellərimizi-obalarımızı darmadağın etdilər. Daşı-daş üstündə qoymadılar. Təkcə Dağlıq Qarabağdan və ətraf yeddi rayondan erməni quldurların təcüvüzünə məruz qalan 788 950 nəfər azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salındı.
Nəticəyə diqqət edək; Ermənistandan didərgin salınan 350 min, Dağlıq Qarabağdan və ətraf yeddi rayondan didərgin salınan 788950 azərbaycanlının acınacaqlı taleyi nə işğalçı ölkəni, nə də beynəlxalq aləmi narahat etmədi, düşündürmədi. Onları düşündürən- öz torpağımızda oturub-özümüzlə dava edən- daha yüksək həyat tərzi tələb edən 150 min erməninin istəyi, şıltaqlığı isə daima gündəmdə saxlanıldı. Hələ də 30 ildən yuxarı bir müddətdə blokadaya salınan Naxçıvanın və naxçıvanlıların gün-güzəranı da söz mövzusu belə deyil.
Mövzu davam edəcək…
İlahə BAYINDIR