Məncə düşünməyə dəyər

Böyük həngamədən sonra (elçilik, şirin çay, nişan, bəh- bəhli müasir xonçalar, kreditlə qır- qızıl, ev- eşik, cer- cehiz və nələr…nələr…) toy baş tutur. Xarici musiqi ilə bəy- gəlin gurultulu alqışlarla daxil olur. Bəy yayı yay, qışı qış ağ köynək, qara jilet, qalstuk, kostyum- şalvarda. Möhtəşəmdi. Ciddilik rəmzidir. Alqışlayıram. Gəlin də yayı yay, qışı qış yuxarı hissə açıq, gəlin donunun da aşağı hissəsini bir neçə adam idarə edir. Adam utanır. Niyə bu günə düşdük. Axı, gəlin deyir deyirik, abır, ismət deyirik.

Azərbaycan kişiləri, diqqətli olun. Qız atası, oğul atası, sözüm sizədir.

Qızın gəlin köçür, oğluna gəlin gəlir. Nolar, adətimiz üzrə gözəl gəlinlik seçsinlər. Toya gələnlər də fərqli insanlardı. Kimin üçünsə normaldı, kimin üçünsə ürək ağrısıdı.

Azərbaycan oğulları, bəyləri, toyunuzda gəlin paltarına diqqət verin, xahiş edirəm.

Bu xınayaxdı da bu tərəfdən adət kimi, qanun kimi millətin beyninə yeiridiblər. Bu qədər xərc, bu qədər borc, nədi nədi kimsə gəlib məclisi idarə edir, xınayaxdı aparır. Beləliklə, ailə qurandan sonra çətinliklər başlayır.

Nə bilim, Allah xalqımıza kömək olsun. Gəlin gözəlliklərimizi, müqəddəs adətlərimizi yaşadaq.

Güllü Eldar TOMARLI

Bizimlə oxuyun
Verified by MonsterInsights