Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin BMT-nin 80 -ci sessiyasında etdiyi çıxışı, nümunəvi möhtəşəm bir çıxış oldu. Bu fikrim adi tərif deyil. Bu, həqiqətən də gerçək olan möhtəşəm çıxışdır. Prezident çıxışının əvvəlində bəyan etdi ki, “Mən uzun illər bu kürsüdən Azərbaycana qarşı edilən təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışıram. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixinin yeni dövründən, vətənin azadlığı üçün işğala necə son qoyduğumuzdan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.” Daha sonra cənab prezident yaxın tariximizdəki gerçəklikləri bir daha bəyan ertdi. BMT-nin TŞ-nın Azərbaycan torpaqlarının Ermənistan ordusunun azad etməsi haqqında 4 qərarı icra olunması üçün biz 30 ilə yaxın bütün dünyaya və şəxsən BMT-yə dəfələrlə müraciətlər, çağırışlar etdik. Bu çıxışın məna yükü bütün BMT üzvlərinin diqqətinə çatdırdı ki, BMT-nin işini Azərbaycan tək özü öz gücünə gördü. Tək bu fikir, hələ cənab İlham Əliyevin çox illər əvvəl bəyan etdiyi “BMT yenilənməlidir, TŞ-nın tərkibi genişlənməlidir” sözləri yada düşür və beyinləri bu istiqamətdə düşünməyə dəvət edir. Çıxışın möhtəşəmliyi bir də o oldu ki, bu çıxışla Azərbaycan bütün istiqamətlərdə öz imkanlarını və mövqeyini bütün dünyaya ən yüksək səviyyədə bir daha elan etdi. Çıxışın bütün bəndləri, həm BMT rəhbərlərinə, həm də iştirak edən və etməyən bütün dünya ölkələrinin rəhbərlərinə məna yükü ilə zəngin olan önəmli açıq mesajlar göndərir. Cənab İlham Əliyevin daha ədalətli yeni dünya nizamının qurulması üçün, çıxışının sonunda bütün ölkələrin rəhbərlərinə, BMT-nın rəhbərlərinə, bütün güc mərkəzlərinə çağırışı da OLDUQCA MÖHTƏŞƏM və zamanında edilən bir ÇAĞIRIŞDIR. “Gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözdə deyil əməli işlərdə təmin olunduğu bir dünya quraq!” Bu çağırış zamanında edilən bir çağırışdır. Bu çağırışa bütün dövlətlər qoşulmasa, bəşəriyyətin faciələr və dəhşətli ücüncü dünya müharibəsinin fəlakəti qaçılmaz olacaq!
Tahir Ələkbərov