Məmdani Obamaya dəstəyinə görə təşəkkür edib

ELAZ.İNFO xəbər verir ki, Fələstinə dəstəyi ilə tanınan Məmdani, 4 noyabr mer seçkilərindən bir gün əvvəl, Bruklin körpüsünün Manhetten hissəsində günəş doğanda mətbuat konfransı keçirib.

Körpünün Manhetten hissəsində yerləşən Nyu-York Şəhər Bələdiyyəsinə doğru böyük bir seçici qrupu ilə gedərkən Məmdani bunları söyləyb:

-“Prezident Obama ilə söhbətimə, hərəkatımıza verdiyi dəstəyə və qarşımızda duran vizyonu və onu həyata keçirmək ehtiyacını bölüşdüyünə görə minnətdaram”.

Məmdani bildirib ki, Obamaya illər əvvəl Amerika xalqına verdiyi “parlaq” bir çıxışı xatırlatdı və bu çıxışın “bir neçə cümə əvvəl” Nyu-Yorkdakı bir məscidin qarşısında etdiyi çıxışa “ilham verdiyini” söyləyib.

“New York Times” qəzeti xəbər verir ki, Obama həftəsonu Məmdaniyə zəng edib və təxminən 30 dəqiqə danışıb və gənc müsəlman namizədə -“Kampaniyanızı izləmək çox təsirli idi” -deyib.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights