Yaradan səbəblər: Məktəblərin lazımi səviyyədə tədris və tərbiyə verməməsi, valideynlərin “uşaq özünə nəsə edər” əndişəsi, ictimai nəzarətin olmaması,yeniyetmələrlə İş üzrə polis şöbəsinin yarıtmaz fəaliyyəti.
Tədris ilinin bitməsinə 1 ay qalmış bir məktəbdən 2 şagirdin ğldürülməsi və bu cinayət hadisələrinin çox sayda şübhələr yaratması, gənclərlə işin yarıtmazlığından xəbər verir.
Ümumiyyətlə, son günlər yeniyetmələrin törətdiyi ağır cinayətlərlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Dövlət Statistika Komitəsinin məlumatına görə, yeniyetmələrin törətdiyi cinayətlər arasında əsas yeri oğurluq tutur. Sonrakı yerdə qəsdən sağlamlığa ağır zərər vurma gəlir.
Qəsdən adam öldürmə və adam öldürməyə cəhd edən yeniyetmələrin də sayında artım baş verib. Cinayətlərin artım dinamikasına uyğun olaraq yeniyetmə məhkumlar da çoxalıb.
Digər acınacaqlı hal ondan ibarətdir ki, ayrı-ayrı cinayətlərə görə məhkum olunmuş yeniyetmələr arasında oğlanlarla yanaşı, qızlar da var.
Bəs yeniyetmələr arasında cinayət hallarının artmasının səbəbi nədir? Bu cür halların qarşısı necə alınmalıdır? Günah kimdədir?
Ardı var.. Natəvan BƏYDİLİ
