Məktəb bağlanacaqmı?

ELAZ.İNFO xəbər verir ki, Biləsuvar rayonunun Günəşli kənd sakinləri kənddə fəaliyyət göstərən məktəbin bağlanacağı ilə bağlı kənd sakinləri narahatçılıq keçirir.

Sakinlərin sözlərinə görə, 1959-cu ildə yaradılmış və hazırda Fazil Hökməliyev adına Günəşli kənd ümumi orta ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən təhsil ocağının fəaliyyətinin dayandırılması və başqa məktəblə birləşdirilməsi ilə bağlı onlara məlumat verilib.

Məktəbdə 210 şagird təhsil alır. Məktəb I Qarabağ müharibəsi şəhidi Fazil Hökməliyevin adını daşıyır və kənd üçün xüsusi mənəvi əhəmiyyətə malikdir.
Onların sözlərinə görə, məktəbin qonşu Ağayrı kənd tam orta məktəbi ilə birləşdirilməsi nəzərdə tutulur.
“Bu hal övladlarımızın, xüsusilə qızların təhsildən yayınmalarına gətirib çıxara bilər. Belə olacağı təqdirdə uşaqların təhsil üçün uzaq məsafə qət etməsi zərurəti yaranacaq və bu da əlavə çətinliklərə səbəb olacaq.”, – deyə sakinlər bildiriblər.

Sevinc Qasımova Biləsuvar

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights