Məhəmməd Əsədullazadə”-“Paşinyan bu təsir mexanizmini sıradan çıxarmağa çalışır”

Ermənistan Baş naziri Nikol Paşinyan parlament seçkiləri ərəfəsində Rusiyanın ölkə daxilindəki təxribatlarının qarşısını almaq məqsədilə genişmiqyaslı addımlar atır. Ermənistanın ikinci böyük şəhəri Gümrünün rusiyapərəst meri Vardan Qukasyanın həbsi bu prosesin tərkib hissəsidir.

Bu barədə ELAZ.İNFO-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə məlumat verib.

Ekspertin sözlərinə görə, Moskva Paşinyanın hakimiyyətini zəiflətmək üçün Ermənistan daxilindəki kilsə və siyasi müxalifət vasitəsilə seçkilər zamanı xaos və iğtişaşlar yaratmaq planı qurub:

“Bu planın mərkəzi Gümrü şəhəridir. Burada Rusiyanın 102-ci hərbi bazası yerləşir və yerli siyasi elita uzun illərdir Kreml yönümlü mövqeləri ilə seçilir”, – deyə şərhçi qeyd edib.

Politoloqun qeyd edib ki, Paşinyan artıq orduda və təhlükəsizlik strukturlarında Rusiyaya bağlı şəxslərin təmizlənməsi prosesinə start verib.

“Növbəti mərhələdə hədəfdə Ermənistan Apostol Kilsəsinin baş keşişi, Katolikos II Qaregin və onun yaxın çevrəsi dayanır”, – ekspert deyib.

Siyasi şərhçi əlavə edib ki, gələn il keçiriləcək seçkilərə qədər Rusiya yönümlü müxalifət və Kilsə siyasi təsir dairəsindən çıxarılacaq.

“Artıq bir neçə yepiskopun həbsi və onların istintaqa verdiyi ifadələr Katolikos II Qaregini hakimiyyət çevrilişi planında iştirakda ittiham etmək üçün əsas yarada bilər. Bu isə Kilsənin siyasətə qarışması faktını daha da qabardaraq, II Qaregini istefaya məcbur edəcək”, – politoloq vurğulayıb.

MCP rəsmisi sonda qeyd edib ki, Paşinyanın əsas məqsədi həm Kilsə, həm də siyasi müxalifət vasitəsilə ölkəyə təsir göstərən Rusiyanın “beşinci kolonu”nu tamamilə zərərsizləşdirməkdir.

“Apostol Kilsəsi uzun illərdir Kremlin siyasi maraqları istiqamətində fəaliyyət göstərib. Paşinyan bu təsir mexanizmini sıradan çıxarmağa çalışır”, – başqan müavini bildirib.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights