ELAZ.İNFO bildirir ki, Əl-Bəqərə surəsinin 26-cı ayəsində deyilir:
–Həqiqətən, Allah mətləbin aşkar olması üçün bəzi həşəratları və heyvanları insanlar üçün misal çəkməkdən çəkinməz. Ağcaqanaddan tutmuş ondan böyüklərinə qədər. Çünki ağcaqanad zahirdə bütün məxluqlardan zəifdir, lakin həqiqətdə heyvanların hamısından böyük olan filə bənzəyir, hətta iki üzvü də ondan çoxdur.
Əl-Ğaşiyə-17-21 -Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə baxmırlar ki, necə döşədilmişdir? Dağlara baxmırlar ki, necə dikəldilmişdir? Və yerə baxmırlar ki, necə döşədilmişdir? Ya Peyğəmbər! Mənim bəndələrimə öyüd-nəsihət ver. Sən ancaq öyüd verənsən!
Ən-Nəhl-79-Məgər müşriklər yerlə-göy arasında uçaraq Allaha ram olmuş quşları görmürlər?! Onları havada yalnız Allah saxlayır, bütün hərəkətlərini ancaq Allah idarə edir. Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!
Ən-Nəml-18-19-O gün ki, Süleyman və qoşunları səfər zamanı qarışqalar çölünə gəldilər, bir qarışqa dedi:-Ey qarışqalar, öz yuvalarınıza daxil olun ki,Süleyman (ə.s.) və onun qoşunları sizi bilməyərək əzməsinlər.Onlar səhvən sizi əzə bilərlər.Bu sözü yel Süleymanın qulağına çatdırdı. Süleyman(ə.s.) onların sözlərinə güldü və dedi:
-Qarışqanı mənim yanıma gətirin!Qarışqanı Süleymanın yanına gətirəndə o buyurdu:
-Sən bilirsənmi ki, mən Allahın Peyğəmbəriyəm və heç kəsə zülm etmərəm?Qarışqa dedi:-Bəli, belədir.
Süleyman dedi:
-Bəs nə üçün mənim zülmümdən qorxdun və o sözü dedin?
Qarışqa:-Mən qorxdum ki, qarışqalar sənin cah-calalını görüb aldansınlar və Allahın ibadətindən üz döndərsinlər! Sən böyüksən, ya sənin atan?-deyə,soruşur. Süleyman(ə.s.) dedi:
-Yox! Atam Davud məndən böyükdür!
Qarışqa:
-Bəs nə üçün sənin adının hərfləri atanın adının hərflərindən çoxdur? Süleyman dedi:-Bilmirəm! Qarışqa cavab verir:
-Bu ona görədir ki, sənin atan öz yarasına Allahın dostluğu ilə əlac etdi.Yəni onun əsil adı “Dəvə bi-vudd” idi, sonra yüngülləşib Davud oldu.
Süleyman dedi:
-Pərvərdigara, mənə qüvvət ver, ya ilham et ki mənə, atama, anama verdiyin nemətlərə görə sənə şükür edim və sənin razılığından ötrü yaxşı əməllər edim.Öz rəhmətinlə məni saleh bəndələrin sıralarına daxil et!
əs-Səba-14-Sonra Süleymanın ölümünü əmr etdiyimiz zaman, onun öldüyünü ancaq Süleymanın əsasını yeyən xırda ağacqurdu xəbər verdi, qurd əsanı yedi,Süleyman yıxıldı.
Ən-Nəml-22- Sonra Süleymanın ordusunda xidmətkar olaraq çalışan Hud-hud adlı quşun əhvalatı.
“Əl-Ənkəbut-41- Özlərinə Allahdan başqa dost tutanlar, başqa şeylərə tapınanların məsəli, özünə yuva quran hörümcəyin məsəli kimidir. Kaş biləydilər ki, hörümçəyin yuvası evlərin ən davamsızıdır.”
Uca və tək olan Allah bu ayəni məsəl çəkərək Allahdan başqasına inanıb, itaət edən insanların hörümçəyin toru kimi zəif və davamsız bir şeylərə sığındığını, yəni o insanın mənasız və düzgün yaşamadığını bizlərə çatdırır.
Ən-Nəhl-66-69 -Heyvanlarda sizin üçün ibrət vardır. Biz onların qarınlarında olan qanla ifrazat arasında əmələ gələn xalis südü sizə içirdərik.O, içənlərə nuş olar. Xurma və üzüm ağaclarının meyvələrindən gözəl ruzilər ələ gətirərsiniz. Həqiqətən, burada ağlı ilə fikirləşən qövmlər üçün əlamətlər vardır. Sənin Allahın bal arısına ilham edib bildirdi ki,dağlarda, ağacların arasında, insanların tikdiyi binalarda,çöl və çəməndə özünə yuva qur! Sonra bütün meyvələrdən ye və Allahın göstərdiyi yol ilə get!Arıların qarınlarından rəngləri müxtəlif olan bal çıxar. Onda insanlar üçün bir çox xəstəliklərdən şəfa vardır. Burada fikirləşən qövmlər üçün ibrətlər var.
Arıların çox qəribə xüsusiyyətləti vardır:
1.Özü üçün elə ev tikər ki,heç bir bənna o cür ev tikməyə qadir deyil
2.Həmişə meyvələrin ən yaxşısını yeyərlər.
3.Qapılarının yanında gözətçi qoyarlar ki, hansı arı pis meyvədən yesə,onu içəri qoymasın.
4. Arının neştərində zəhər var, kimi vursa, həmin yer şişər. Həm də ağzının suyunda dərdlərə dərman var.
Arılar bir bağçaya girdikdə çiçəkləri insanların gördüyündən daha fərqli görürlər. Çiçəklər və arılar arasında çox mühüm bir bağlantı vardır.
“40 sual” kitabında:
-Allahın əmri ilə Fələklər, ulduzlar, dönüb və hərəkət edərək; dörd ünsürə başqalaşma qabiliyyəti vermiş və bir-birinə qarışdırıb, xəmir etmişdir.Ta ki,ünsürlərin qaynaşmasından, əvvəl mədənlər hasil olub, ondan bitkilər peyda olub, ondan heyvanlar bədənə gəlmişdir. Bu dörd mürəkkəb cismin mürəkkəb vasitəçisi də vardır. Mədənlər ilə bitkilər arasında vasitəçi mərcanlardır. Əslində o daş kimidir və bitki kimi zərrə-zərrə dənizin dibində bitərək, suyun üzünə çıxar və quruduqda sərt olar. Bitkilər ilə heyvanlar arasında vasitəçi xurma ağacıdır. Əslində o, bitki ikən heyvan kimi mayalanmadıqca xurma verməz. Başını kəssələr həlak olub, quru və yarpaqsız, meyvəsi qalar. Heyvanlar ilə insan arasında vasitəçilərin ən qabarığı meymundur. Əslində bütün əzası, qıl və quyruğundan başqa, xarici və daxili insana bənzər.
Mənzər AĞAYEVA
İlahiyyatçı