ELAZ.İNFO xəbər verir ki, iyul ayinin 29-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov ilə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, 1 kitab 50-yə yaxın məqalə müəllifi bir cox Beynəlxalq Konfranslarda Azərbaycanı tanıdan gənc alim Dr. Vusalə Yusif “Mədəniyyət sahəsində təhsil və bu yöndə edilə biləcək yeniliklər” haqqında çox səmərəli və maraqlı görüş keçirdi.
Görüş zamanı musiqi təhsilində apara bilinəcək islahatlar və gələcək planlar haqda geniş müzakirələr aparıldı.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, azərbaycanlı gənc alim Dr.Vusalə Yusif dəvətə görə Cəsarət müəllimə və nazirliyin əməkdaşı Fatimə xanıma minnətdarlığıni bildirdi.
Esmira RƏHİMOVA