ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev mərkəzlərinin fəaliyyətinə həsr olunan mühüm müşavirə keçirilib. Tədbirdə regional mərkəzlərin iş səmərəliliyi və gələcək layihələr əsas müzakirə mövzusu olub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun iştirakı ilə baş tutan müşavirədə bir neçə rayon və şəhərin Heydər Əliyev mərkəzlərinin rəhbərləri çıxış ediblər. Hesabat məruzələri təqdim edən bölgələr arasında aşağıdakılar yer alıb: Suraxanı, Masallı, Samux, İmişli, Ağstafa rayonları,Şəki və Gəncə şəhərləri.
Müşavirə zamanı mərkəzlərin son bir ildəki fəaliyyəti ətraflı təhlil edilib, işin daha da təkmilləşdirilməsi üçün yeni təkliflər irəli sürülüb. Rəhbər şəxslər tərəfindən verilən suallar cavablandırılıb və qarşıda duran hədəflər müəyyənləşdirilib.

Tədbirin yekununda iştirakçılar Milli İncəsənət Muzeyinin ekspozisiya təşkili təcrübəsini yaxından izləyiblər. Daimi və müvəqqəti sərgilərin qurulması prosesi ilə tanışlıq regional mərkəzlərin gələcək fəaliyyəti üçün faydalı təcrübə mübadiləsi rolunu oynayıb.
Ruslan MƏMMƏDOV