Böyrəkləri xəstə olan yaşlı bir yəhudini xəstəxanaya yerləşdirirlər. Tibb bacısı ona bir neçə şüşə qab verib, gündəlik sidik nümunələri götürməyi tapşırır. Axşam xəstənin yanına gəlib soruşur:
– Sidik nümunələri yığdınızmı?
Yəhudi deyir:
– Hə, amma təəssüf ki, hamısı qurtardı.
Tibb bacısı heyrətlənir:
– Necə yəni qurtardı?
Yaşlı yəhudi sakitcə dillənir:
– Necə yəni necə?! Mənim xəstəliyim ciddidir. Bu gün isə əsgərlik yaşına çatmış xeyli çağırışçı gənc xəstəxanaya tibbi komissiyadan keçməyə gəlmişdi. Dəhlizdə bir az söhbət elədik. Xəstəliyimin ciddiliyini biləndə elə yalvardılar ki… Mən də məcbur olub sidik nümunələrinin hamısını satdım.
Hazırlayan: Famil CƏFƏRLİ