Məhz bu yolla qədim abidələrin ölkədə daimi olaraq qalmasını təmin etmək olar

ABŞ, dünyada muzey sayına görə 1-ci yerdədir. İlk onluqda isə Almaniya, Rusiya, Fransa, Çin, Birləşmiş Krallıq, İspaniya, Kanada və digər dövlətlər. Əslində bu reytinq siyahısı tarixi əsər oğurluğunun gerçək siyahısıdır. Onlar bunu səyyahları, cəsusları, tacirləri, diplomatları və hərbçiləri vasitəsilə ediblər.

Cəmi 250 il əvvəl yaranmış ABŞ dünyada təkcə muzeylərin sayına görə yox, həmçinin Asiya, Avropa, Afrika və Avstraliya xalqlarının tarixi abidələrini mənimsəməyə görə ilk sıradadır. Rusiya, Fransa, Birləşmiş Krallıq və İtaliya isə Azərbaycanın qədim abidələrinin mənimsəməkdə ilk beşliyi tamamlayır.

Misir, Yaponoya, Səudiyyə Ərəbistanı kimi bir çox dövlətlər öz qədim abidələrinin tarixi və hüquqi aspektkərini əsaslandırıb geri qaytarmağa başlayıblar. Bəs biz nə vaxt bu məsələni hüquqi müstəvidə həll edəcəyik?

İndiki vəziyyətdə nə təklif edirəm?

Təklifim, şəxsi kolleksionerlərin bir çoxuna (daha böyük çeşidli kelleksiyası olan və ya kolleksiyalarını birləşdirib səhmdar cəmiyyət yaratmaq istəyənlər) muzey açmaq üçün mütləq şərait yaradılmasıdır. Hesab edirəm ki, məhz bu yolla qədim abidələrin ölkədə daimi olaraq qalmasını təmin etmək olar.

Ramin ƏLİZADƏ

Verified by MonsterInsights