ELAZ.İNFO xəbər verir ki, Cənubi Amerikada -Ekvadorun El Oro əyalətindəki Maçaladakı bir həbsxanada məhbuslar arasında toqquşma baş verib. İlkin məlumatlara görə, toqquşmada doqquz nəfər ölüb.
Məhbusların ailələri xəbəri eşidən kimi həbsxananın yaxınlığında toplaşıb və səlahiyyətlilərdən məlumat almağa çalışıblar. Azadlıqdan Məhrum Edilmiş Yetkinlər və Yeniyetmə Cinayətkarları üçün Milli Hərtərəfli Qayğı Xidməti (SNAI) hadisənin araşdırıldığını açıqlayıb.
Məlumat üçün bildirək ki, 10 noyabrda eyni həbsxanada məhbuslar arasında toqquşma baş verib və nəticədə 31 nəfər ölüb. Həbsxanalarda məhbuslar arasında dəstə toqquşmalarının və zorakılığın tez-tez baş verdiyi nəzərə alınmaqla, bu ölümlərin toqquşmanın nəticəsi ola biləcəyi qiymətləndirilir.
Günel GÜNTAC