ELAZ.İNFO xəbər verir ki, Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyində rəhbər dəyişikliyi baş verib. Respublikanın rəhbərliyinin rəsmi “Telegram” kanalında yayılan məlumata görə, bu vəzifəyə Tatışlı rayonunun keçmiş başçısı Fanur Şayxislamov gətirilib.
Məlumatda bildirilir ki, Fanur Şayxislamov nazir vəzifəsini icra etmək üçün Tatışlı rayonu icra hakimiyyətinin başçısı postundan öz istəyi ilə istefa verib. O, bu vəzifədə qalmaqallı şəkildə işdən uzaqlaşdırılan Aminə Şafikovanı əvəz edəcək.
Xatırladaq ki, sabiq mədəniyyət naziri Aminə Şafikova fevralın 18-də saxlanılıb. O, mədəniyyət tədbirlərinin təşkili zamanı rüşvət almaqda və mənimsəmədə ittiham olunur. Moskvann Basmannı məhkəməsinin qərarı ilə Şafikova aprelin 17-nə qədər həbsdə qalacaq.
Ruslan MƏMMƏDOV