Lvova hücum zamanı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb

ELAZ.İNFO xəbər verir ki, Rusiya gecə hücumunda Amerika şirkətini vurub.
Ukrayna rəsmiləri bildiriblər ki, son hücumlar ABŞ-ın intensiv diplomatik səylərinə baxmayaraq, Moskvanın sülh sazişinə ciddi yanaşmadığını nümayiş etdirir.

İyulun ortalarından bəri ən böyük hücumunda Rusiya bir gecədə Ukraynaya yüzlərlə pilotsuz təyyarə və raket atıb.

Məlumat üçün bildirək ki, Lvova hücum zamanı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Ukrayna rəsmiləri bildiriblər ki, hücumlar ABŞ-ın son günlər intensiv diplomatik səylərinə baxmayaraq, Rusiyanın sülh sazişinə ciddi yanaşmadığını nümayiş etdirir.

Ukraynanın baş naziri Yuliya Svırıdenko sosial şəbəkədəki paylaşımında yazıb ki, “Rusiya sülhə maraq göstərmədiyini nümayiş etdirməkdə davam edir. Dünən gecə Ukrayna pilotsuz təyyarələr, qanadlı və ballistik raketlər, hətta hipersəs silahları da daxil olmaqla genişmiqyaslı birləşmiş hücuma məruz qaldı”.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 574 pilotsuz təyyarə və 40 raket buraxdığını bildirib. Hava hücumundan müdafiə bölmələri 546 pilotsuz uçan aparatı və 31 raketi vurub.

Rusiya da gecəyarısı hücumda Ukraynanın qərbində Amerika elektronika istehsalçısını vurdu.

Hücum xeyli dağıntı və itkilərə səbəb olub. Ukrayna Xarici İşlər Naziri Andrii Sybiha hücumla bağlı X-də verdiyi açıqlamada deyib ki, “Bu, müdafiə və ya ordu ilə heç bir əlaqəsi olmayan sırf mülki bir obyektdir”.

Sybhia əlavə edib ki, “Bu, Rusiyanın Ukraynadakı Amerika şirkətlərinə qarşı ilk hücumu deyil. Bu ilin əvvəlində Kiyevdəki Boeing ofislərinə hücumlar və digər hücumlar olub”.

Ukraynalı nazir bildirib ki, Rusiya ümummilli hücumda yüzlərlə dron, hipersəs, ballistik və qanadlı raketlərdən istifadə edib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights