London Ukraynadakı münaqişəni qızışdırmaqda maraqlıdır”

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Londonun Ukraynadakı hərbi əməliyyatların intensivləşməsində birbaşa maraqlı olduğunu bəyan edib. Diplomatın sözlərinə görə, Britaniya tərəfi Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını və insanların həyatının xilas edilməsini deyil, döyüşlərin davam etməsini istəyir. London bu cür geri çəkilmə ssenarisini “Moskvaya hədiyyə” hesab edir və buna qarşı çıxır.

Səfir Kelin Britaniyanın istehsalı olan “Storm Shadow” qanadlı raketləri ilə Bryanskdakı mülki obyektlərə və əhaliyə endirilən zərbələri Londonun niyyətinin bariz nümunəsi adlandırıb. Eyni zamanda, Leninqrad vilayətinə PUA hücumlarında da “Britaniya izinin” müşahidə olunduğu vurğulanıb. Rusiya tərəfi hesab edir ki, rəsmi London Ukrayna vasitəsilə Rusiyaya mümkün qədər çox zərər vurmaq taktikasını seçib.

Andrey Kelin Böyük Britaniyada yaxınlaşan seçkilər ərəfəsində “casusluq xofu”nun və anti-Rusiya ritorikasının daha da kəskinləşəcəyini istisna etməyib. Britaniya cəmiyyətinin sanksiyalardan yorulduğunu qeyd edən səfir, ikitərəfli münasibətlərin dərin böhranda olduğunu və buna görə Londonun məsuliyyət daşıdığını bildirib. Hazırkı vəziyyətdə Rusiya-Britaniya münasibətləri ən gərgin dövrlərindən birini yaşayır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights