London Ukraynada atəşkəs üçün əməliyyat planları hazırlayacaq

Böyük Britaniyanın Baş naziri Kir Starmer Britaniya hərbi rəhbərliyinin yaxın günlərdə Ukraynaya səfər edərək gələcək atəşkəsin tətbiqi üçün əməliyyat planlarının hazırlanmasına dəstək verəcəyini açıqlayıb.

“Telegraph”a istinadla xəbər verir ki, o, Britaniya müdafiə rəhbərliyinin fransız və alman həmkarları ilə birlikdə Avropa “təminat qüvvəsi”nin yaradılmasını müzakirə edəcəklərini bildirib. O, Avropanın Ukraynada gələcək sülh razılaşmasını dəstəkləmək üçün on illərdir görünməmiş miqyasda səfərbər olduğunu vurğulayıb.

Baş nazir, hazırkı dövrdə Rusiyaya təzyiqlərin azaldılmasının uyğun olmadığını da qeyd edib: “Biz sülh razılaşmasının dəqiq forması nə olursa olsun, onu həyata keçirməyə hazır olacağıq və Ukraynanın gələcək hücumlardan müdafiə olunması və qarşısının alınması üçün birlikdə çalışacağıq”.

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights