ELAZ.İNFO xəbər verir ki, “Nyukasl Yunayted”in onunla müqavilə imzalamaq istəməməsindən sonra uzun müddət adanın futbol dünyasında müzakirə mövzusu olan transfer anlaşması böhrana çevrildi və “Liverpul” istədiklərini aldı.
İsveçli hücumçu ilə 6 illik müqavilə imzalayan “Liverpul” 125 milyon funt-sterlinq transfer haqqı ilə İngiltərə futbol tarixində yeni rekorda imza atıb. Bundan əvvəlki rekord 106 milyon funt-sterlinqə “Benfika”dan “Çelsi”yə keçən Enzo Fernendesə məxsus idi.
Klubun saytına danışan 25 yaşlı futbolçu deyib ki, “Buraya gəlmək uzun bir yol oldu. Amma bu klubun və onun təmsil etdiyi hər şeyin bir parçası olduğum üçün çox xoşbəxtəm. Hər şeyi qazanmaq istəyirəm”.
İsak “Liverpul”da 9 nömrəli formanı geyinəcək.
İslam MAHMUDOV