Lissabonda tarixi funikulyor qəzası: 15 ölü, 18 yaralı

140 İLLİK FUNİKULYOR AŞIB


ELAZ.İNFO xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda şəhərin ən əhəmiyyətli turistik yerlərindən biri olan 140 illik Gloria funikulyorunun relsdən çıxması fəlakətə səbəb olub.

Qəza nəticəsində 15 nəfər ölüb, 18 nəfər xəstəxanaya çatdırılıb, onlardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumat üçün qeyd edək ki, hadisə çərşənbə günü axşam saat 18:05 radələrində Avenida da Liberdade yaxınlığında baş verib. Ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights