1940-cı ilin aprel-may ayları ərzində SSRİ hüquq mühafizə orqanları tərəfindən 22 000 Polşa zabit və ziyalısı həbs edilir, güllələnərək öldürülür. Sonralar bu vəhşiliyin ilk sübutu olaraq Xatın kəndi yaxınlığında kütləvi məzarlıq aşkar edilir.
10 aprel 2010-cu il… Artıq SSRİ yoxdur. Amma həmin dövlətin varisi Rusiya Federasiyası mövcuddur. Başda Polşa prezidenti Lex Kaçinski olmaqla yüksək vəzifəli və rütbəli şəxslər anım tədbirində iştirak etmək üçün Polşadan Rusiyanın Smolensk şəhərinə təyyarə ilə səfər edir. Onlar sonra xüsusi qatarla Xatın kəndinə getməli idilər. Lakin, Smolensk şəhəri yaxınlığında təyyarə qəzaya uğrayır və eniş edən bilmir. İlkin səbəb kimi qəzanın əlverişsiz hava şəraiti göstərilir. Bir qədər sonra internetə sızan videoda qəzadan sonra təyyarədə sağ qalanlar olması və onların naməlum şəxslər tərəfindən güllələnməsi göstərilir.
Bütün bu məqamlara baxmayaraq, bu günədək nə konkret səbəb var, nə də ki, konkret günahkar…..
Natəvan BƏYDİLİ