Londonun nüfuzlu Kral Festival Zalında Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) 79-cu mükafatlandırma mərasimi keçirilib. Gecənin əsas qalibi rejissor Pol Tomas Andersonun baş rolda Leonardo Di Kaprionun çəkildiyi “Döyüşdən Döyüşə” (One Battle After Another) filmi olub.
ELAZ.İNFO xəbər verir ki, qara komediya elementləri ilə zəngin olan döyüş filmi təqdim olunduğu 14 nominasiyadan 6-sında qalib gələrək gecəyə damğa vurub.
“Bürünc Maska”nın Qalibləri
“Döyüşdən Döyüşə” filmi “Ən yaxşı film” nominasiyası ilə yanaşı, bir neçə mühüm kateqoriyada da mükafatları toplayıb: Ən yaxşı rejissor işi: Pol Tomas Anderson.Ən yaxşı ikinci plan kişi rolu: Şon PennTexniki uğurlar: Ən yaxşı montaj, operator işi və adaptasiya olunmuş ssenari.
Mərasimdə həmçinin aşağıdakı ekran əsərləri və sənətçilər fərqlənib: Günahkarlar” (Sinners): 13 nominasiyadan 3-də (ikinci plan qadın rolu, orijinal ssenari və musiqi) qalib gəlib. Frankenşteyn: Gilyermo del Toronun filmi rəssam işi, qrim və kostyum dizaynı üzrə 3 mükafat alıb. Ən yaxşı qadın rolu: Cessi Bakli (“Hamnet” filmi ilə). Ən yaxşı kişi rolu: Robert Aramayo (“I Swear” dramı ilə).
Maraqlı məqam odur ki, Robert Aramayonun qələbəsi ilə britaniyalı aktyorlar son 3 ildə davam edən “uğursuzluq zolağı”nı qırıblar. Belə ki, son bir neçə ildə əsas aktyor mükafatları yalnız əcnəbi sənətçilərə qismət olurdu. Xatırladaq ki, BAFTA mükafatları ənənəvi olaraq “Qızıl Qlobus” və “Oskar” (bu il martın 15-də keçiriləcək) arasında təqdim olunur və çox vaxt “Oskar”ın əsas göstəricisi hesab olunur.
Ruslan MƏMMƏDOV