“Lenfilm” Sankt-Peterburqun mülkiyyətinə keçir: Mişustindən yeni tapşırıq

ELAZ.İNFO xəbər verir ki, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin “Lenfilm” kinostudiyasının səhmlərinin 100%-nin Sankt-Peterburq şəhərinin mülkiyyətinə verilməsi barədə sərəncam imzalayıb. Rəsmi sənədə əsasən, bu proses yaxın dörd ay ərzində başa çatdırılmalıdır.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən ilin dekabrında ölkədə kino istehsalının inkişafı məqsədilə studiyanın federal mülkiyyətdən şəhər tabeliyinə verilməsi haqqında fərman imzalamışdı. Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun sözlərinə görə, bu qərar studiyanın tarixində yeni mərhələnin başlanğıcıdır. Sərəncamın məhz Leninqradın blokadadan tam azad edildiyi gündə imzalanması isə simvolik məna daşıyır.

Yenilənmiş “Lenfilm”in gələcəkdə vətənpərvərlik və tarixi filmlər mərkəzinə çevrilməsi planlaşdırılır. Şəhər rəhbərliyi gənc və istedadlı rejissorları cəlb etməklə ölkə qəhrəmanları haqqında, xüsusilə uşaq və yeniyetmə auditoriyası üçün təsirli ekran əsərləri istehsal etməyi hədəfləyir.

Bir əsrdən çox tarixi olan “Lenfilm”də bu günə qədər 1500-dən çox film çəkilib. “Çapayev”, “Zoluşka”, “Hamleti”, “İt ürəyi” kimi ekran işləri dünya kino fondunun qızıl siyahısına daxil edilib. İndi studiyanın məhz bu zəngin ənənələr üzərində daha da möhkəmlənməsi və Rusiya kino sənayesinin liderlərindən biri kimi mövqeyini qoruması gözlənilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights