ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Vaşinqtonla daimi əlaqə kanalları var.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Əbu-Dabidə Rusiya-Amerika danışıqları ilə bağlı Amerika mediasının xəbərlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Moskva sülh təşəbbüslərini pozmağa yönəlmiş boş söhbətlər etməkdənsə, diplomatiya ilə məşğul olmağa üstünlük verir.
Lavrov vurğulayıb ki, Rusiya Amerikanı Ukrayna ilə bağlı danışıqlar prosesində tələsdirmir: “Biz ümid edirik ki, Amerika Ukrayna və Avropa ilə məsləhətləşmələrini başa vurduqda, onlar Moskvaya məlumat verəcəklər”.
Aydan