ELAZ.İNFO, BAKI, 08.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Hindistan sərhədinə yaxın Lahor şəhərində hava limanında partlayışlar baş verib. Samaa TV-nin məlumatına görə, orada Hindistana məxsus pilotsuz uçan aparat vurulub. Yeni Dehli İslamabadı mübahisəli əraziləri atəşə tutmaqda ittiham edir, cavabını açıqlayır
Polis rəsmiləri Samaa TV-yə bildiriblər ki, Pakistanın Lahor şəhərində (Hindistanla sərhəd yaxınlığında) Uolton hava limanı yaxınlığında silsilə partlayışlar eşidilib. Geo TV-də Lahor hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib.
Samaa TV polis mənbələri iddia edir ki, Hindistana məxsus müşahidə üçün buraxılan pilotsuz uçan aparat hava limanı yaxınlığında vurulub. Telekanal xəbər verir ki, hadisə şahidləri tüstü buludlarının olduğunu bildiriblər.
Öz növbəsində Hindistan Pakistanı mübahisəli Cammu və Kəşmir ərazisini (Hindistan tərəfinin nəzarəti altında) atəşə tutmaqda ittiham edib. Hindistan ordusu proporsional cavab verdiyini bildirib. Ölən və yaralananlar barədə məlumat verilmir.
“The Times of India” isə qeyd edir ki, atəşə məruz qalan ərazilərin sakinlərinin əksəriyyəti “Sindoor” əməliyyatı elan edildikdən sonra təhlükəsiz ərazilərə köçüb.
Günel GÜNTAC