ELAZ.İNFO xəbər verir ki, Laçın Rayon Mərkəzi Xəstəxanasının ASM bölməsinin böyük tibb bacısı Afaq Məmmədovanın təqdimatında tibbi heyət üçün “Az yaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti, patronaj xidmətinin təşkili və nəzarəti” mövzusunda təlim təşkil olunub.
Təlimin məqsədi patronaj xidmətinin düzgün təşkili, nəzarət mexanizmləri və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində əməkdaşların bilik və bacarıqlarının artırılmasıdır.
Laçın Rayon Mərkəzi Xəstəxanası əməkdaşlarının peşəkar inkişafı üçün mütəmadi olaraq belə maarifləndirici tədbirlər həyata keçirilir.
Orxan CƏBRAYIL