ELAZ.İNFO Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə və bitişik sahəsi 20 m² olan köməkçi tikilinin içərisində yığılan odun 8 m² sahədə yanıb.
Evin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.