Kür çayına 4 000 ədəd balıq körpəsi buraxılıb – Salyanda ekoloji tədbir

ELAZ.İNFO xəbər verir ki, Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində bioloji müxtəlifliyin qorunması və artırılması məqsədilə növbəti balıq buraxılışı həyata keçirilib. Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən təşkil olunan tədbirdə 4 000 ədəd çəkikimi balıq körpəsi təbii mühitə buraxılıb.

Çaya buraxılan və çəkisi 50–100 qram aralığında olan balıq körpələri Mərkəzin tabeliyində fəaliyyət göstərən xüsusi balıqartırma müəssisələrində yetişdirilib. Bu addım daxili su hövzələrində bioloji balansın qorunmasına və təbii balıq populyasiyalarının gücləndirilməsinə xidmət edir.

Tədbirdə dövlət rəsmiləri və sahə mütəxəssisləri iştirak ediblər:

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov; Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev; Nazirliyin şöbə müdiri Fərid Nəcəfov; Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev və digər nümayəndələr.

Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib ki, daxili su hövzələrində balıq ehtiyatlarının bərpasına yönəlmiş bu cür tədbirlər mütəmadi xarakter daşıyacaq. Kür çayının ekosisteminin bərpası bölgədə balıqçılıq təsərrüfatının gələcək inkişafı üçün də mühüm təməl yaradır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights