Manqıstau çöllərində ucalan qədim məqbərə — Kümbeztamı, Kostam-1, XIV–XV əsrlərin türk məqbərələri ənənəsinə aiddir.
Daş bloklardan tikilmiş bu abidə vaxtilə günbəzlə tamamlanmış, nüfuzlu şəxsiyyətlər üçün inşa olunmuşdur. İçərisində yerləşən qəbir daşlarının üzərindəki damğa işarələri isə həmin dövrdə türk tayfalarının mənsubiyyətini və nəsil yaddaşını əks etdirir.

Kümbeztamı təkcə memarlıq əsəri deyil, həm də türk dünyasının tarixi mirasının bir parçasıdır. Onun qorunması gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıyır.
Sabit COCULU