Küllü miqdarda zərərvurma ilə ittiham olunub

ELAZ.İNFO xəbər verir ki, İnsanlara böyük həcmdə maddi zərər yetirməkdə günahlandırılan 59 yaşlı Rasim Həsənov barəsində məhkəmə hökmü elan olunub.

Mingəçevir şəhər sakini Rasim Həsənov beş vətəndaşa torpaq sahələrinin satışı, qeyri-yaşayış obyektlərinin onların adına sənədləşdirilməsi və qanunsuz özəlləşdirməyə kömək edəcəyi barədə yalan vədlər verərək küllü miqdarda zərərvurma ilə ittiham olunur.

Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsi üzrə təqsirkar hesab edilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights