Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, iyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Naxçıvan MR, Kəlbəcər, Zəngilan, Beyləqan, Füzuli, İmişli, Ağstafa, Qazax, Gəncə, Tovuz, Göygöl, Şəmkir, Samux, Daşkəsən, Gədəbəy, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Yevlax, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Zərdab, Sabirabad, Hacıqabul, Salyan, Saatlı, Neftçala, Cəlilabad, Biləsuvar, Lerik, Yardımlı, Qobustan, Xızı, Quba, Xaçmaz, Şabran, Siyəzən, Qusarda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bizimlə oxuyun
Verified by MonsterInsights