Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Göygöl, Gədəbəy, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Şirvan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Yevlax və Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bizimlə oxuyun
Verified by MonsterInsights