Küçədə gedərkən yıxılıb öldü

ELAZ.İNFO xəbər verir ki, kirayə borcunu ödəyə bilmədiyi üçün keçən il kirayədə yaşadığı evdən çıxarılan 77 yaşlı fəlsəfə doktoru, ilahiyyatçı-alim Fazil İsmayılovun ötən gün küçədə gedərkən qəfil yıxılıb vəfat etdiyi bildirilir.

Deyilənlərə görə, Fazil İsmayılov Ankara Universitetində 17 il müəllim işləyib. 29 kitab müəllifi və “Quran”ın rusca və azərbaycanca tərcüməçisidir.

Alimin ahıl vaxtında evsiz qalması, kirayə pulunu ödəyə bilməməsi və sonda isə küçədə yıxılıb ölməsi ölkəmizdə elmin dəbdə olmadığını və alimi dolandıra bilmədiyini göstərir.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights