ELAZ.İNFO xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andriy Yusov Floridada Kuba əsilli respublikaçı deputatların keçirdiyi brifinqdə danışıb.
Yusov, azı 1000 kubalının Rusiya hərbçiləri ilə müqavilə imzaladığını və onlardan 39-nun öldüyü təsdiqləndiyini bildirib. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya tərəfindən işə götürülən kubalıların ümumi sayı 20 minə qədər ola bilər.
Yusov bildirib ki, “Kuba hazırda Rusiyaya muzdlu əsgərlər verən ölkələr arasında birinci yerdədir. Ən azı 20.000 şəxs sənədlərini tamamlayıb”.
Günel GÜNTAC