Kreml: Rusiya-Ukrayna danışıqları dayandırılıb

ELAZ.İNFO xəbər verir ki, Kreml Rusiya və Ukrayna arasında sülh danışıqlarının dayandırıldığını açıqlayıb.

Avropa ölkələrini Ukraynada sülh səylərinə mane olmaqda ittiham edən Kremlin sözçüsü Dmitri Peskov Moskvanın bütün maneələrə baxmayaraq danışıqlar üçün qapını açıq saxladığını iddia edib.

“RUSİYA AVROPA ÜÇÜN TƏHLÜKƏ DEYİL”

Kreml bəyanatında Rusiyanın Avropa üçün təhlükə yaratmadığı da vurğulanıb.

Avropada narahatlıqla izlənilən Rusiya-Belarus birgə “Zapad” hərbi təliminə müraciət edən Kreml bu narahatlıqların “Rusiyaya qarşı qərəz və düşmənçiliyə əsaslanan emosional reaksiyalardan” qaynaqlandığını bildirib.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights