ELAZ.İNFO xəbər verir ki, Kreml avropalı hərbçilərin Ukraynada yerləşdirilməsi ehtimalına mənfi yanaşır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Avropa hərbçiləri kimi ümumi anlayış yoxdur, mövcud olan konkret ölkələrin hərbçiləridir və bu ölkələrin çoxu NATO üzvüdür. NATO-nun hərbi infrastrukturunun irəliləməsi həmin münaqişə vəziyyətinin əsas səbəblərindən biridir. Buna görə də biz bu cür müzakirələrə mənfi yanaşırıq”, – deyə Peskov qeyd edib.
Aydan