ELAZ.İNFO xəbər verir ki, Ukrayna Parlamenti korrupsiya araşdırması səbəbindən energetika naziri Svetlana Qriniçukun vəzifədən azad edilməsi barədə qanun layihəsini qəbul edib.
Ukrayna hökumətində korrupsiya böhranı dərinləşir. Ukrayna parlamenti bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin gəlişindən bəri ən böyük korrupsiya qalmaqalında adı hallanan energetika naziri Svetlana Qriniçukun vəzifədən azad edilməsi üçün səs verib.
Ukrayna hökumətinin rəsmi saytında dərc olunmuş bəyannaməyə görə, Baş nazir Yuliya Sviridenkonun təşəbbüsü ilə keçirilən səsvermə Qriniçukun 315 deputat tərəfindən vəzifədən azad edilməsi ilə nəticələnib.
Məlumat üçün bildirək ki, Qriniçuk 2025-ci ilin iyul ayında energetika naziri təyin edilmişdi.
Günel GÜNTAC
