ELAZ.İNFO xəbər verir ki, Fars körfəzi regionunda hərbi-siyasi gərginlik yeni mərhələyə qədəm qoyub. Bəhreyn və Səudiyyə Ərəbistanını birləşdirən strateji əhəmiyyətli Kral Fəhd körpüsünə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə zərbə endirilib.
Mehr agentliyinin yaydığı məlumata görə, hücumun hədəfi olan bu körpü bölgədə mühüm logistik qovşaq hesab olunur. İlkin ehtimallara görə, ABŞ ordusu öz hərbi kontingentini bölgədən çıxarmaq üçün məhz bu marşrutdan istifadə etməyi planlaşdırırdı. Hücumun məhz bu ərəfədə baş verməsi hadisənin hərbi-siyasi təxribat xarakteri daşıdığı şübhələrini artırır.
Hadisə ilə bağlı hələlik rəsmi itkilər barədə dəqiq məlumat verilməsə də, Kral Fəhd körpüsündə hərəkətin məhdudlaşdırıldığı bildirilir. Region ölkələri və beynəlxalq koalisiya qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb. Bu hücum, son aylarda ABŞ, İsrail və İran oxunda artan gərginliyin fonunda Körfəz regionunun təhlükəsizliyi üçün ciddi siqnal hesab olunur. Mülki və strateji infrastruktura edilən bu növ hücumlar beynəlxalq hüquq normalarının pozulması ilə yanaşı, bölgədəki sülh prosesinə də ağır zərbə vurur.
Ruslan MƏMMƏDOV