“Koreya səfiri kuboku” start götürəcək

ELAZ.İNFO xəbər verir ki, sentyabrın 6-da Bakıda taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” start götürəcək.  

Yarışlar Azərbaycan Taekvondo Federasiyası (ATF) və Cənubi Koreyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda baş tutacaq bu idman yarışında ölkəmizi təmsil edən gənc taekvondoçu oğlan və qızlar yarışacaq.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights